Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
29 Sen 2026 15:00

Sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib.

News365.az xəbər verir ki, hadisə nəticəsində 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada