ABŞ Misir və İsrail liderlərini barışdırmaq istəyir

ABŞ Misir və İsrail liderlərini barışdırmaq istəyir
07 Dek 2025 21:25

ABŞ Qəzza zolağında müharibə başlayandan bəri əlaqə qurmayan İsrailin Baş naziri Binyamin Netanyahu ilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında görüş təşkil etməyi düşünür.

News365.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Axios" məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton Netanyahunun Misirlə strateji qaz sazişini təsdiqləyəcəyini və Əs-Sisini görüşə razı salmaq üçün əlavə addımlar atacağını gözləyir.

Məqalədə deyilir: "Bu vacibdir, çünki ABŞ iqtisadi diplomatiya vasitəsilə İsrail və ərəb ölkələri arasında münasibətləri yaxşılaşdırmağa çalışır".


Sizin reklam burada
Sizin reklam burada