Əraqçi Bakıya yola düşüb - YENİLƏNDİ

Əraqçi Bakıya yola düşüb - YENİLƏNDİ
07 Dek 2025 20:00

İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb.

News365.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfir Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verir. Onun sözlərinə görə, rəsmi Tehran Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlıdır.



***

İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycana yola düşüb.

Naziri nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada