“Uzak şehir”də ŞOK yaşadan aktyordan İLGİNC AÇIQLAMALAR - “İlk dəfə gözləri bağlı şəkildə...” - FOTO

“Uzak şehir”də ŞOK yaşadan aktyordan İLGİNC AÇIQLAMALAR - “İlk dəfə gözləri bağlı şəkildə...” - FOTO
07 Dek 2025 17:21

“Uzak şehir” serialında “Boran” obrazını canlandıran aktyor Burç Kümbetlioğlu açıqlamaları ilə diqqət çəkib.

Beste Sırapınarın “YouTube” proqramına qonaq olan Kümbetlioğlu canlandırdığı obrazla bağlı maraqlı etiraf edib:

““Boran”ın geri dönməsi mənim üçün də sürpriz oldu. “Alya” və “Cihan”ın artıq bir-birinə qovuşduğunu düşündüyümüz anda mənim yenidən ortaya çıxmağım izləyicinin bir hissəsində narahatlıq, bir hissəsində isə həyəcan yaratdı. “Boran” hekayənin dinamikası üçün çox önəmli bir fiqurdur”.

BORAN.jpg (73 KB)

Karyerasında ilk dəfə gözləri bağlı şəkildə bu qədər uzun səhnələr oynadığını deyən aktyor yaşadığı prosesi belə təsvir edib:

“Artıq həmkarlarımın oyununu təkcə səslərindən oxuya biləcək hala gəlmişəm. Mənim üçün fərqli və maraqlı bir təcrübə oldu”.

Burç Kümbetlioğlu hesab edir ki, “Uzak şehir”in reytinq rekordları qırması ssenarinin səmimiyyəti ilə bağlıdır:

““Uzak şehir” xalqın ürəyinə toxunan bir hekayəyə malikdir. Bizdən parçalar daşıdığı üçün izləyici özünü ekranda görür. Səndən, məndən bir şey varsa, həmin hekayənin ardınca gedirsən”.

Aktyor əgər real həyatda “Boran”ın yerində olsaydı, necə davranacağı ilə bağlı suala isə belə cavab verib:

“Bizim hekayədə hər kəs həm haqlıdır, həm də haqsız. Serialdakı vəziyyət əslində elə də asan bağışlanacaq bir durum deyil”.

Qeyd edək ki, “Uzak şehir” yeni bölümü ilə hər bazar ertəsi axşamı “Kanal D”də yayımlanır.


Sizin reklam burada
Sizin reklam burada