Son iki gündə Özbəkistanın Namanqan və Fərqanə vilayətlərində 3,0 bal gücündə üçüncü zəlzələ baş verib.
News365.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, təbiət hadisələri nəticəsində xəsarət alan olmayıb.
Seysmik Monitorinq Mərkəzi zəlzələnin episentrinin Daşkənddən 135 km aralıda, Namanqan vilayətinin Pap rayonunda olduğunu bildirib.
Bundan əvvəl şənbə günü Özbəkistanda iki zəlzələ qeydə alınıb. İlk zəlzələ Daşkənd, Sırdərya, Namanqan, Fərqanə və Əndican vilayətlərində 2,0-3,0 bal gücündə olub. İkinci hadisə Namanqan və Fərqanə rayonlarında 2,0-3,0 bal gücündə baş verib.