"Netanyahunun əfv istəyinə ciddiliklə baxılacaq" İsrail Prezidenti

"Netanyahunun əfv istəyinə ciddiliklə baxılacaq" İsrail Prezidenti
07 Dek 2025 20:54

İsrailin baş naziri Benyamin Netanyahunun əfv istəyinə müəyyən edilmiş qaydada və son dərəcə ciddiliklə baxılacaq.

Bunu İsrail Prezidenti İsxak Hersoq "Politico"ya müsahibəsində deyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Herzoqa məktub göndərərək ondan Netanyahuya qarşı istintaqı tamamilə dayandırmağı xahiş etmişdi.

"Mən prezident Trampın dostluğuna və onun fikrinə hörmətlə yanaşıram. Amma İsrail suveren dövlətdir. Müzakirə olunacaq şəxsin, yəni Netanyahunun işinə, ölkə qaydalarına uyğun olaraq, bir çox sorğular kimi, lazımi qaydada baxılacaq. Mən bunu ciddi qəbul edirəm", - İsrail Prezidenti bildirib.

Hersoq vurğulayıb ki, bütün əfv tələbləri Ədliyyə Nazirliyi və onun hüquq müşaviri vasitəsilə müəyyən edilmiş prosesdən keçir.

İsrail Prezidenti bu "qeyri-adi xahişi" nəzərdən keçirərkən, ilk növbədə, İsrail xalqının maraqlarını rəhbər tutacağını qeyd edib: "İsrail xalqının rifahı mənim birinci, ikinci və üçüncü prioritetimdir".


Sizin reklam burada
Sizin reklam burada