Rusiya Ukraynada Peçenej su anbarının bəndinə zərbə endirib

Rusiya Ukraynada Peçenej su anbarının bəndinə zərbə endirib
07 Dek 2025 16:11

Rusiya Ordusu Xarkov vilayətində yerləşən Peçenej su anbarının bəndinə zərbə endirib, zədələnən bənd üzərindən avtomobillərin hərəkəti tamamilə dayandırılıb.

Bu barədə Peçenej qəsəbə şurasının rəhbəri Aleksandr Qusarov “Telegram”-da paylaşım edib.

Qeyd edilib ki, bu gündən etibarən Peçenej bəndi üzərindən nəqliyyatın hərəkəti mümkün deyil.

Peçenej su anbarı Şimalı Dones çayı üzərində yerləşir və regionun əsas hidrotexniki obyektlərindən biri hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada