Bir nəfərə məxsus iki evdə yanğın olub

Bir nəfərə məxsus iki evdə yanğın olub
07 Dek 2025 21:05

Biləsuvar rayonunda iki evdə yanğın hadisəsi baş verib.

Hadisə rayonun Çinarlı kəndində Yusif Məmmədova məxsus fərdi yaşayış evlərində qeydə alınıb.

Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 135 kv.m olan 4 otaqlı ev tamamilə, ikincisi, sahəsi 143 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, evlərin sahibinə maddi ziyan dəyib.

İlkin məlumata görə, yanğın elektrik naqilində olan qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada