Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 mlrd. dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 mlrd. dolları ötüb
10:40

Bu il dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 433.8 milyon manat təşkil edib.

News365.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Məlumata görə, son bir ayda Mərkəzi Bankın valyuta ehtiyatları 0,6% artıb.

AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 4,3%, son bir ildə isə 4,2% artıb.


Sizin reklam burada
Sizin reklam burada