Benində bir qrup hərbçi hakimiyyəti ələ keçirdiyini elan edib.
Dövlət telekanalında çıxış edən hərbçilər Prezident Patris Talonu devrildiyini, Hərbi Dirçəliş Komitəsi yaradıldığını, Konstitusiyanın tətbiqinin dayandırıldığını, bütün partiyaların buraxıldığını, ölkə sərhədinin bağlandığını elan ediblər.
Ancaq “jeuneafrique”, “Le Parisienne” və “rfi” nəşrləri bir qrup hərbçinin Prezident Sarayına hücum etməyə cəhd göstərdiyini, bunun qarşısının alındığını, Prezident Patris Talonun təhlükəsiz məkanda olduğunu yazıb.Qeyd edilib ki, bir qrup hərbçi yalnız televiziya binasını ələ keçirə bilib, hazırda Ordu nəzarəti təmin edir.
“24 Heures au Benin” isə yazıb ki, Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Qeyd edilib ki, çevrilişə cəhd edən bir qrup hərbçi həbs edilib.