Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) regional gücü bazar günü bir qrup hərbçinin hakimiyyəti ələ keçirməyə cəhd etdiyi Benində konstitusiya nizamını qorumaq üçün lazım gələrsə istifadə olunacaq.
Bu barədə birliyin bəyanatında deyilir.
Porto-Novoda ordunun konstitusiyaya zidd olaraq hakimiyyəti ələ keçirmə cəhdini şiddətlə qınayan Qərbi Afrikanın ən böyük təşkilatı bildirib ki, Kotonun konstitusiyanı və ərazi bütövlüyünü müdafiə etmək üçün regional sürətli reaksiya qüvvələrinin yerləşdirilməsi də daxil olmaqla, Benin hökumətini və xalqını lazımi vasitələrlə dəstəkləyəcək.
Qeyd edək ki, bu gün (7 dekabr-Qeyd) səhər tezdən bir qrup hərbi zabit milli televiziya ilə Benində hakimiyyəti ələ keçirdiklərini və prezident Patris Talonu vəzifəsindən uzaqlaşdırdıqlarını elan ediblər.
Lakin Milli Qvardiyanın sadiq bölmələri çevriliş cəhdinin qarşısını alıb və qiyamçıların bəziləri həbs edib. Hökumət ölkədəki vəziyyətə tam nəzarət etdiyini bəyan edib.