40 nəqliyyat vasitəsi özəlləşdirilib

40 nəqliyyat vasitəsi özəlləşdirilib
21:00

Bu gün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.

Qurumdan News365.az-a verilən məlumata görə, start qiyməti 6.500 manat olan “Mersedes Benz S320” markalı avtomobil 15.800 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Dövlət əmlakı üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada