Yevlaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistralının Yevlax rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, "Mitsubishi" markalı minik maşını idarə etmədən çıxaraq yol kənarındakı dəmir çəpərə çırpılıb.
Qəza nəticəsində 52 yaşlı Vüqar Şamilov, 40 yaşlı Amilə Gülmalıyeva, 72 yaşlı Firuzə Bayramova və 19 yaşlı Aytac Bayramova xəsarət alıb.