Emin Əmrullayev fəxri doktor adı ilə təltif olunub

Emin Əmrullayev fəxri doktor adı ilə təltif olunub
07 Dek 2025 19:40

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə birgə Gürcüstan Texniki Universitetində olublar.

News365.az xəbər verir ki, səfər zamanı tərəflər ali təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Universitetin rektoru, akademik David Qurgenidze qonaqlara ali təhsil müəssisəsinin alimlərinin beynəlxalq layihələri, elmi və akademik nailiyyətləri, davam edən tədqiqatları barədə məlumat verib, universitetin alim və tələbələrinin dünyanın ən böyük elmi eksperimentlərində uğurlu iştirakından söz açıb.

Hər iki ölkənin nazirləri və dəvət olunmuş qonaqlar elmi layihələrin sərgisini nəzərdən keçirib və robotexnika, süni intellekt və müasir texnologiyalar əsasında hazırlanan innovativ layihələri təqdim edən gürcü və azərbaycanlı tələbələrlə görüşüblər.

Daha sonra David Qurqenidze sözügedən universitetlə Azərbaycanın ali təhsil müəssisələri arasında akademik və elmi əlaqələrin inkişafına verdiyi görkəmli töhfəyə görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevi Gürcüstanın Texniki Universitetinin fəxri doktoru adı ilə təltif edib.


Sizin reklam burada
Sizin reklam burada