Azərbaycan Dövlət Televiziyası (AzTV) Yeni İl proqramının çəkilişlərini yekunlaşdırıb.
News365.az xəbər verir ki, bayram proqramında Azərbaycan və SSRİ-nin Xalq artisti, məşhur müğənni Zeynəb Xanlarova bu dəfə də əsas qonaq qismində çıxış edəcək.
Sənətçi çəkiliş zamanı AzTV-yə açıqlama da verib. Öz səhnəsinə və vətəninə olan sevgisini dilə gətirib:
"Bütün dünyanı gəzmişəm. Bütün dünyanın səhnələrində elə yer olmayıb ki, orada olmayım. Ancaq öz səhnəmizi çox sevirəm. Mənim üçün həmişə doğma olub torpağım, səhnəm, oxumağım. Hər il bayram olsun. İllər, Zeynəblər gəlib-gedəcək, mən də gedəcəyəm. Ancaq televiziya hər evin güzgüsüdür".
Daha ətraflı süjetdə: