"Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib

"Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib
07 Dek 2025 16:50

Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.

Günün yeganə qarşılaşmasında "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib - 3:0.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Oruc Məmmədov (60), Kərim Rossi (70) və Dioqo Balau (82) vurublar.

Şamaxı kollektivi 17 xalla turnir cədvəlinin yeddinci sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada