Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb
07 Dek 2025 20:16

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.

News365.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin son günündə komanda yarışları keçirilib.

Qadınların mübarizəsində qalib Şuşa UGİM olub.

Gümüş medala "Umbayev Sport Club", bürünc mükafata isə "Neftçi" İdman Klubunun birinci komandası sahib çıxıb.

Kişilər arasında "Kanokan-TT" PCİK çempionluğu əldə edib. "Azəri-Cüdo" İKİB II, "Sərhədçi" İM və "Atilla" İK komandaları III yeri tutublar.


Sizin reklam burada
Sizin reklam burada