İsrail və Qətər arasında gizli görüş təşkil ediləcək

İsrail və Qətər arasında gizli görüş təşkil ediləcək
07 Dek 2025 22:46

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Nyu-Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş təşkil edəcək.

News365.az xəbər verir ki,bu barədə məlumatı iki mənbəyə istinadən "Axios" portalı yayıb.

Məlumata görə, İsrail tərəfinə “Mossad”ın rəhbəri David Barnea başçılıq edəcək. Qətəri isə yüksək vəzifəli rəsmilərdən biri təmsil edəcək.

Axios yazır ki, görüşün əsas mövzusu Qəzza zolağındakı vəziyyət və HAMAS hərəkatının tərksilah edilməsi olacaq.


Sizin reklam burada
Sizin reklam burada