Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
20 İyl 2025 23:09

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada