Ucarda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb

Ucarda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb
00:15

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun H. Əliyev prospektində baş verib. 

Belə ki, 1989-cu il təvəllüdlü Mirzəxan Tahir oğlu Həşimov idarə etdiyi "Hyundai" markalı yük avtomobili ilə piyada, 1954-cü il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı vurub. 

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin yardım göstərildikdən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkimlərin səyinə baxmayaraq G. Həmidovanı xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada