ABŞ Səfirliyi köhnə əşyalarını satışa çıxardı

ABŞ Səfirliyi köhnə əşyalarını satışa çıxardı
13:53

ABŞ-nin Bakıdakı Səfirliyi istifadə edilmiş əşyalarını hərraca çıxarıb.

News365.az Səfirliyə istinadən xəbər verir ki, istifadə edilmiş kompüter/telekommunikasiya avadanlıqları, ofis mebeli, avtomobil və müxtəlif əşyalar üzrə internet üzərindən (onlayn) hərrac keçiriləcək.

Hərrac sentyabrın 8-i saat 10:00-da başlayacaq və sentyabrın 10-u saat 12:00-da bağlanacaq.

Qaydalar və şəkillərlə tanış olmaq üçün qeydiyyatdan keçmək tələb olunur.


Sizin reklam burada
Sizin reklam burada