Sentyabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Musa Quliyev məlumat verib.
"Hələlik yeni qanun layihəsi yoxdur. Komitə üzvlərinə ötən ilin hesabatını verəcəm və bu ilin iş planını təsdiq edəcəyik. Bununla da ilk iclasımız bitəcək. Yəqin ki, oktyabrdan başlayaraq, büdcə ilə məşğul olacağıq", - o qeyd edib.