Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.
News365.az Hüseyn Hüseynovun dosyesini təqdim edir.
Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub.
1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “Beynəlxalq münasibətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə tamamlayıb.
2000–2003-cü illərdə həmin akademiyanın aspiranturasında təhsil alıb və 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.