“Ev telefonları ilə bir dövr başa çatdı” - Rəşad Məcid

“Ev telefonları ilə bir dövr başa çatdı” - Rəşad Məcid
15:15

“Ev telefonunu ləğv elədik. Bu, bir dövrün sona çatmasına işarədir”.

News365.az xəbər verir ki, bu fikirləri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid feysbuk səhifəsində paylaşıb.

O bildirib ki, bir vaxtlar ev telefonlarının çəkilməsi üçün insanlar böyük çətinliklər yaşayırdılar:
“Telefonu əldə etmək özü böyük hadisə idi. Hətta onu mədh edən əsərlər yazılır, insanlar böyük sevinc və həyəcan yaşayırdılar. İndi isə ev telefonları ilə bərabər həmin duyğular da tarixə çevrilir”.

Rəşad Məcid qeyd edib ki, yaxın gələcəkdə televizorlar da unudula bilər:
“Ovcumuzdakı sehrli cihaz – telefon dünənədək həyatımızın ayrılmaz hissəsi olan bütün əşyaları əvəz edəcək. Dünyanı kiçik bir qutuya sığışdırıblar. Necə ki, divin canı şüşədəki quşda idi, biz də hamılıqla bu tilsimli kiçik cismin itaətkarına çevriləcəyik”.


Sizin reklam burada
Sizin reklam burada