“Google” və “Shein”ə Fransadan rekord cərimə

“Google” və “Shein”ə Fransadan rekord cərimə
15:11

Fransanın rəqəmsal məxfilik üzrə tənzimləyici qurumu CNIL iki nəhəng şirkəti – “Google” və “Shein”i şəxsi məlumatların qorunması qaydalarını pozduqlarına görə ümumilikdə 475 milyon avro cərimələyib.

News365.az Bloomberg-ə istinadən xəbər verir ki, qərara əsasən “Google” 325 milyon avro, “Shein” isə 150 milyon avro ödəyəcək.

İttihamda bildirilir ki, 53 milyon istifadəçiyə onların açıq razılığı olmadan reklam məktubları göndərilib. Bundan başqa, “Shein” müştərilərin fəaliyyətini izləmək üçün onlar seçim etməmişdən öncə cihazlara kukilər yerləşdirib.

CNIL-in açıqlamasında vurğulanıb ki, hər iki şirkət istifadəçilərə şəxsi məlumatlarının reklam məqsədilə izlənilməsi barədə kifayət qədər şəffaflıq təqdim etməyib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada