Ermənistanda yaradılacaq şirkət nümayəndəlikləri gələcək fəaliyyət istiqamətləri ilə bağlı bölgədə texniki və coğrafi məsələləri araşdırmağa başlayıb.
Bu barədə politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, nümayəndəliklər bölgənin coğrafi və radiof şəraitini öyrənməli, texniki əsaslandırma və investisiya həcmini müəyyənləşdirməlidir:
“Bundan əlavə, prosesdə siyasi risklər də nəzərə alınmalıdır. Çünki həm Rusiya, həm də İran tərəfindən ziddiyyətli açıqlamalar səsləndirilir”.
Qasımov bildirib ki, bu addım gözlənilən idi:
“8 avqustda Ermənistan və ABL arasında əldə olunmuş razılaşmaya əsasən, Azərbaycan vətəndaşlarının yoxlanış olmadan, təhlükəsiz və maneəsiz keçidi nəzərdə tutulur. Hazırda həmin razılaşmanın konkretləşdirilməsi və yerində icra məsələləri müzakirə edilir”.
Politoloq əlavə edib ki, proses sürətlə aparılır:
“Qərb təcrübəsində razılaşmadan sonra uzunmüddətli müzakirələr gedir. Lakin burada təxminən bir ay tamam olmadan artıq razılaşmanın icrası ilə bağlı praktiki işlər başlanıb”.