Pekində keçirilən hərbi parad zamanı Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında maraqlı bir söhbət gedərkən mikrofonlar açıq qalıb.
News365.az xarici mediaya istinadən xəbər verir ki, iki lider parad meydanına doğru hərəkət edərkən orqan transplantasiyası və insanların uzun ömür sürmək - 150 il yaşamaq imkanları barədə danışıb.
Putin daha sonra jurnalistlərə bu söhbəti təsdiqləyib və bildirib ki, Si Cinpin tibbin insan ömrünü uzatma potensialına inandığını vurğulayıb.
Parad zamanı Si Cinpin isə sülh və müharibə arasındakı mürəkkəb vəziyyətə diqqət çəkərək, Çinin hipersəs sürətli raketlər və pilotsuz dəniz sistemləri də daxil olmaqla yeni hərbi texnologiyalarını nümayiş etdirib.