Bir müddət əvvəl yayılan xəbərlərə görə, Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. Bunlardan ən mühümü saatlıq əməkhaqqı sisteminin tətbiqidir.
Məcəllədə, həmçinin məsafədən işin hüquqi tənzimlənməsi, eyni dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapacaq.
News365.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi və s. ilə bağlı qanunverciliyə dəyişiklik layihəsi aidiyyəti üzrə təqdim olunub və hazırda baxılmaqdadır.
Əlavə olaraq qeyd edilib ki, bu layihələrlə bağlı yeniliklər olduqda məlumat veriləcək .