2023-cü ildə İranlı voleybolçu Mehdi Karimi ilə ailə quran müğənni Lara bir neçə gün əvvəl beynində kütlə aşkarlandığını bildirmişdi.
News365.az xəbər verir ki, sağlamlıq vəziyyəti maraqla izlənilən müğənni yeni paylaşım edərək sevənlərinə xoş xəbəri çatdırıb.
46 yaşlı sənətçi bildirib ki, Allahın izni və dualar sayəsində kütlə yaxşı xasiyyətli çıxıb:
“Bu xəbəri aldığım zaman xoşbəxtlikdən göz yaşlarımı tuta bilmədim. İndi üç ayda bir kontrol məqsədilə MR müayinəsinə girəcəyəm. Yaşadığım zəiflik və iştahsızlığın da bu prosesdən qaynaqlandığını öyrəndim. Dərmanlarımı müntəzəm istifadə edərək müalicəmə davam edəcəyəm. Həkimim deyir ki, artıq yenidən səhnələrə qayıda biləcəyəm, heç bir əngəl yoxdur”.
Lara həmçinin ailəsinə, dostlarına və həkiminə təşəkkürünü bildirib:
“Bu çətin yolda yanımda olan başda ailəmə, duaları ilə dəstək verən bütün sevdiklərimə, dostlarıma və hər mövzuda məni yönləndirən, məlumatlandıran, ümid verən dəyərli həkimim Berivan Usta’ya ürəkdən təşəkkür edirəm.”
News365.az