03.09.2025-ci il tarixində saat 21:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.
Xəsarət alanların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Köhnə Bakı–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəzada bir nəfər həyatını itirib.