"Axı sən nə bilirsən ki, mən nə qədər yaşayacağam?"- Flora Kərimova

"Axı sən nə bilirsən ki, mən nə qədər yaşayacağam?"- Flora Kərimova
16:15

“Bağımdakı ağac bir qədər solduğu üçün onu dibdən kəsiblər. Bu addım məni çox hiddətləndirib”:

News365.az xəbər verir ki, bu sözləri sevilən müğənni, Xalq artisti Flora Kərimova özünün sosial səhifəsində yazıb. Hadisədən təsirlənən ifaçı daha sonra yazır:

“Soruşdum, “axı, bunu niyə kəsdiniz?” Dedi ki, “kəsdim ki, daha da dirçəlsin”. Axı sən nə bilirsən ki, mən nə qədər yaşayacağam və onun bir daha dirçəlməsini görə biləcəmmi? Ona görə çürük budaqları kəsəydin, ağacı dibdən niyə kəsirsən?”

Flora Kərimova duyğusal fikirləri izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb. vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada