Əfqanıstanda zəlzələ minlərlə insanın həyatına son qoydu

Əfqanıstanda zəlzələ minlərlə insanın həyatına son qoydu
15:38

Əfqanıstanın Kunar əyalətində baş verən güclü zəlzələ böyük faciəyə səbəb olub. Müvəqqəti hökumətin sözçüsünün müavini Həmdullah Fitrətin yaydığı açıqlamaya görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 2205 nəfərə çatıb.

News365.az xəbər verir ki, yaralıların sayı da kəskin artaraq 3640 nəfərə yüksəlib.

Hadisə bölgəsində dağıntılar geniş miqyaslıdır, çoxlu sayda ev və infrastruktur obyektləri yararsız hala düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada