“Çinin maraqlarına xidmət edən investisiyalardan asılı olmamalıyıq” - Tural Əliyev

“Çinin maraqlarına xidmət edən investisiyalardan asılı olmamalıyıq” - Tural Əliyev
15:07

 “Çinin maraqlarına xidmət edən investisiyalardan asılı olmamalıyıq”

Politoloq Tural Əliyev sosial şəbəkədə Çinlə əməkdaşlıq və iqtisadi inkişafla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Çində yığışan investisiyalar və texnologiyalar birbaşa həmin ölkənin güclənməsinə xidmət edir:

“Əgər investisiya və texnologiya oradan gəlirsə, bu Çinin maraqlarına yarayır. Geniş təsəlli və ümidverici araşdırmalarla xalqı yormayın. Öz elmi-texnoloji potensialımızı inkişaf etdirməsək, dəyişən heç nə olmayacaq. Təbii resurslarımız satılacaq, ərazilərimizdən keçən yollar isə əvvəlki kimi istifadə olunacaq. Bu, dəyər yaradan iqtisadiyyat deyil”.

Tural Əliyev vurğulayıb ki, ölkəmizin iqtisadi müstəqilliyi və inkişafı üçün daxili elmi-texnoloji gücün artırılması vacibdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada