“Real Madrid” türkiyəli futbolçu Arda Gülərlə əməkdaşlığı uzun müddətə davam etdirmək niyyətindədir. İspaniya klubunun gənc yarımmüdafiəçiyə yeni müqavilə təklif etdiyi bildirilir.
News365.az xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata əsasən, tərəflər arasında 5 illik yeni sözləşmə ilə bağlı ilkin razılıq əldə olunub.
Hazırda bonuslar istisna olmaqla, ildə 6 milyon 250 min avro qazanan Arda Gülərə yeni müqavilə çərçivəsində 8 milyon avro maaş təklif edilib. Bu isə futbolçunun illik gəlirinin təxminən 28 faiz artması deməkdir.
Yeni razılaşma qüvvəyə minərsə, Ardanın həftəlik qazancı 153,8 min, gündəlik gəliri isə 21,9 min avro olacaq. Beş il ərzində bonuslar nəzərə alınmadan futbolçunun ümumi maaşı 40 milyon avroya çatacaq.
Məlumatda həmçinin qeyd olunur ki, komandanın baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Arda Gülər, Cud Bellinqem, Federiko Valverde və Orelyen Çuameninin müqavilələrinin yenilənməsini istəyib.
21 yaşlı futbolçu cari mövsümdə “Real Madrid”in heyətində bütün turnirlər üzrə 14 oyunda meydana çıxıb. O, 4 qol vurub və 7 məhsuldar ötürmə edərək komandasının 11 qolunda birbaşa iştirak edib.