Azərbaycan Türkiyəyə milyonlar xərclədi - Görün nələr alınıb?

Azərbaycan Türkiyəyə milyonlar xərclədi - Görün nələr alınıb?
10:08

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 975.498 milyon ABŞ dolları dəyərində mal idxal edib.

News365.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0.3% azdır.

10 ay ərzində Azərbaycana tədarük Türkiyənin ümumi ixracının 1%-ni təşkil edib. pizza sifarişi

Oktyabrda isə Türkiyə Azərbaycana 207.181 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16.2% azdır.

Yanvar-oktyabr aylarında Türkiyədən ən çox mal idxalını Almaniya (17 322 milyon ABŞ dolları,1 il əvvələ nisbətən 4.2% çox), ABŞ (12 515 milyon ABŞ dolları, 15.6% çox) və Birləşmiş Krallıq (11 878 milyon ABŞ dolları, 3% çox) həyata keçirib.

Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 6% artaraq 206 037.715 milyon ABŞ dollarına, oktyabr ayında isə 6.6% artaraq 22 334.023 milyon ABŞ dollarına çatıb.


Sizin reklam burada
Sizin reklam burada