Rusiyada 13 yaşlı idmançıda dopinq aşkarlanıb

Rusiyada 13 yaşlı idmançıda dopinq aşkarlanıb
03 Okt 2025 12:53

Buza dırmanma üzrə yarışlarda iştirak edən Rusiya təmsilçisi antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.

News365.az TASS-a istinadən xəbər verir ki, idmançının nümunəsində qadağan olunmuş prednizolon (qlükokortikoid) aşkarlanıb.

Həmin yeniyetmənin adı açıqlanmayıb.

O, 2025-ci ildə Kirovda keçirilmiş yarışda mükafat da qazanıb.

Diskvalifikasiya müddəti 6 ay olacaq və 2026-cı ilin fevralında başa çatacaq.


Sizin reklam burada
Sizin reklam burada