Tramp F-35 satışına dəstək göstərə bilər

Tramp F-35 satışına dəstək göstərə bilər
09:51

ABŞ prezidenti Donald Tramp F-35 satışına dəstək göstərə bilər.

News365.az xəbər verir ki, Ağ Evin yüksək vəzifəli rəsmisi açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələrinin satışını dəstəkləməyə meyllidir. 

Rəsmiyə görə, məsələ ilə bağlı müzakirələr davam edir və qərarın yaxın vaxtlarda formalaşacağı gözlənilir.

Satışın həyata keçirilməsi regiondakı təhlükəsizlik balansına təsir göstərə biləcəyi üçün Vaşinqtonda diqqətlə qiymətləndirilir. ABŞ administrasiyası həm müttəfiqlərin maraqlarını, həm də silah ixrac siyasətinin tələblərini nəzərə alır.


Sizin reklam burada
Sizin reklam burada