Bu xəstəlik sürətlə yayılır: kişilər TƏHLÜKƏ altında - ŞOK XƏBƏRDARLIQ

Bu xəstəlik sürətlə yayılır: kişilər TƏHLÜKƏ altında - ŞOK XƏBƏRDARLIQ
15:34

Ən ölümcül xərçəng növlərindən olan ağciyər xərçəngi sürətlə yayılmağa davam edir. Son illərdə xəstəliyin yayılma sürəti 15 faiz artıb.

Professor Abdullah Erdoğan bildirib ki, ağciyər xərçəngi dünyada ən çox rast gəlinən xərçəng növüdür:

“2022-ci ildə dünyada təxminən 2 milyon 480 min nəfərdə ağciyər xərçənginə yoluxma halları qeydə alınıb, 1,8 milyon insan isə bu xəstəlik səbəbindən həyatını itirib. Bu rəqəmlər ağciyər xərçənginin həm ən geniş yayılan, həm də ən ölümcül xərçəng növü olduğunu göstərir”.

Erdoğanın sözlərinə görə, ağciyər xərçəngi xüsusilə kişilər arasında ən çox rast gəlinən xərçəng növüdür.

Mütəxəssis bildirib ki, ağciyər xərçəngi böyük ölçüdə qarşısı alına bilən bir xəstəlikdir:

Siqaretdən uzaq durmaq: Siqaret ağciyər xərçənginin 90 faiz səbəbidir. Tərgitdikdən sonra 5 il ərzində risk 30–50 faiz azalır.

Sağlam qidalanma və idman: Antioksidantlarla zəngin qidalar və müntəzəm hərəkət riski 20–30 faiz azaldır.

Ətraf mühit risklərindən qorunmaq: Radon, hava çirkliliyi və asbestlə təmas minimuma endirilməlidir.

Erkən müayinə: Aşağı doza KT müayinəsi erkən diaqnozla sağqalmanı 60–90 faiz artırır.

Ailəvi risklərin izlənməsi: Ailədə xərçəngdən əziyyət çəkən olubsa, mütəmadi həkim nəzarəti vacibdir.

Alkoqol və piylənməyə nəzarət: Alkoqolun azaldılması və ideal çəkidə qalmaq əlavə riskləri azaldır”.

“Siqaret çəkənlərdə ağciyər xərçəngi riski çəkməyənlərə nisbətən 20–25 dəfə daha çoxdur”, -  deyə professor Erdoğan vurğulayıb.

“Siqareti tərgitdikdən sonra risk sürətlə azalır və 10–15 il ərzində siqaret çəkməyənlərin səviyyəsinə yaxınlaşır. Araşdırmalar göstərir ki, siqareti tərgitmək xərçəng diaqnozundan sonra belə həyat müddətini orta hesabla 22 ay uzadır”, - professor yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada