Mərkəzi Asiyada yeni ittifaqın yaradılması müzakirə olunur

Mərkəzi Asiyada yeni ittifaqın yaradılması müzakirə olunur
11:38

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələrinin yeni regional əməkdaşlıq təşkilatının yaradılmasını təklif edib.

News365.az-ın məlumatına görə, Mirziyoyev yeni qurumu “Mərkəzi Asiya İttifaqı” adlandıraraq bunun bölgədə iqtisadi inteqrasiyanı gücləndirmək məqsədi daşıdığını bildirib.

O, qeyri-rəsmi formatda keçirilən liderlər görüşlərinin rəsmi regional bloka çevrilməsini təklif edib.

Özbəkistan lideri həmçinin iqtisadiyyat, təhlükəsizlik və ekoloji sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Zəngin enerji və mineral ehtiyatlara malik Mərkəzi Asiya uzun illər iqtisadi və siyasi baxımdan Rusiyanın təsirlərinə məruz qalıb, lakin son dövrlər region Qərbin diqqət mərkəzinə düşüb. Çin isə bölgədə kommersiya təsirini daha da gücləndirir.

Digər ölkələrin təklifə reaksiyası hələlik açıqlanmayıb. Bununla belə, son illərdə beş Mərkəzi Asiya dövləti regional inteqrasiya istəklərini dəfələrlə bəyan edib. Xatırladaq ki, bu il Qırğızıstan və Tacikistan onlarla insanın həyatına son qoymuş uzunmüddətli sərhəd münaqişəsini həll ediblər.

Aayın əvvəlində Mərkəzi Asiya liderləri ABŞ Prezidenti Donald Trampla görüşmək üçün birlikdə Vaşinqtona səfər ediblər. Şavkat Mirziyoyev çıxışı zamanı həmçinin bildirib ki, beş ölkə Azərbaycana da bu formatda keçirilən müntəzəm görüşlərə qoşulmaq üçün səs verib.

Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoevin sədrlik etdiyi VII Mərkəzi Asiya Dövlətləri Başçıları Məsləhətləşmə Görüşündə Azərbaycan Respublikasının regional formatda tam hüquqlu üzv olaraq qoşulması elan edilib.


Sizin reklam burada
Sizin reklam burada