Mübariz Mənsimov qardaşı ilə birlikdə böyük borc qalmaqalında

Mübariz Mənsimov qardaşı ilə birlikdə böyük borc qalmaqalında
09:34

“PalSüd” süd və süd məhsulları brendinin sahibi "Palfood" MMC-nin vergi borcu artmaqda davam edir.

 

News365.az-ın xəbərinə görə, “Palfood”un dövlətə 129 378 AZN borcu var.

 

2008-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 4 457 876 AZN olan MMC-nin qanuni təmsilçisi Firdovsi Aslan oğlu Cahangirovdur. Şirkət Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi "Palmali Holdinq"ə daxildir.

 

M.Mənsimovun qardaşı Mais Mənsimova məxsus “Palmali Gemiclik ve Acentelik Anonim Şirekti”nin Azərbaycandakı filialının da vergi borcu var. Şirkət dövlətə 2 511 AZN borcludur. /// pravda


Sizin reklam burada
Sizin reklam burada