Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
News365.az “Tengri News”a istinadən xəbər verir ki, hadisə nəticəsində 9-u uşaq olmaqla, 12 nəfər həlak olub.
Hadisə yerində araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanğınla bağlı başsağlığı verib. Ölkə lideri hökumətə və Türküstan vilayəti administrasiyasının rəhbərinə ölənlərin yaxın qohumlarına bütün zəruri yardımın göstərilməsini və faciənin səbəblərinin araşdırılmasını tapşırıb.