Yadigar Muradov VƏFAT ETDİ – FOTO

Yadigar Muradov VƏFAT ETDİ – FOTO
09:11

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.

News365.az xəbər verir ki, bu barədə teatrın sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.



Sizin reklam burada
Sizin reklam burada