"LUKOIL”-a benzin vurdurmaq üçün
yaxınlaşan vətəndaş yanacaqdoldurma məntəqəsində qəribə reaksiya ilə qarşılaşıb.
Ödənişi onlayn etmək istəyən vətəndaşa bildirilib ki, ödəniş yalnız nəğd qəbul
olunur.
Məntəqə işçisinin sözlərinə görə, kartla ödənişin qəbulu dünən
axşam 7 radələrində dayandırılıb və onlara yalnız nağd ödəniş götürmək tapşırığı
verilib.
Məsələyə aydınlıq
gətirmək üçün “LUKOİL-Azərbaycan”la əlaqə saxladıq. Şirkətdən News365.az-a
fakt təsdiqlənib:
“Bu banklarla
bağlı olan texniki problemdir. Ona görə də ödəniş ancaq nağd şəkildə aparılır.
Problem həll edildikdən sonra kartla ödəniş bərpa olunacaq”.
News365.az