Albaniya İsraildən yeni silahlar alaraq müdagiə sənayəsi qurur.
News365.az xəbər verir ki, İsrailin müdafiə sənayesi nəhəngi Elbit Systems Albaniyanın hərbi imkanlarını gücləndirəcək yeni layihə çərçivəsində ölkəyə ATMOS özüyeriyən haubitsalar, SPEAR minaatan sistemləri və Magni-X/Thor tipli pilotsuz uçuş aparatları tədarük edəcək.
Müqavilə yalnız silahların alınmasını deyil, həm də Albaniyada müdafiə sənayesinin formalaşdırılması üçün texnoloji və sənaye əməkdaşlığını nəzərdə tutur.
Bu addım NATO üzvü olan Albaniyanın regional təhlükəsizlik mühitində öz imkanlarını artırmaq məqsədi daşıyır.