Zəvvarları daşıyan avtobus Səudiyyə Ərəbistanında qəzaya düşüb.
News365.az xəbər verir ki, bu barədə “İndia Today” telekanalı məlumat yayıb.
Məlumata görə, qəza bu gün səhər saatlarında Məkkədən Mədinəyə gedən avtobusun yük maşını ilə toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində 45 zəvvarın həlak olub.