"Azərbaycan Konstitusiyası vətəndaş hüquqlarının təminatçısıdır"- Hikmət Babaoğlu

"Azərbaycan Konstitusiyası vətəndaş hüquqlarının təminatçısıdır"- Hikmət Babaoğlu
16:17
Azərbaycanın ilk milli Konstitusiyası vətəndaşların hüquq və azadlıqlarını qoruyan əsas sənəd kimi mühüm rol oynayır. Eyni zamanda, Konstitusiya ölkənin suverenliyi və dövlət müstəqilliyini bütün ərazidə təmin edən hüquqi baza kimi çıxış edir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu News365.az-a açıqlamasında bildirib ki, Konstitusiyanın üçdə biri vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə həsr olunub:

“İnsanların dini azadlıqları, söz və mətbuat azadlıqları, yaşamaq, işləmək və təhsil almaq hüquqları Azərbaycan Konstitusiyasında öz əksini tapır. Bu prinsiplər ölkəmizdə hüquqi dövlətin və demokratiyanın inkişafına böyük töhfələr verir.”

Deputat vurğulayıb ki, Azərbaycanda legitim əsaslarda formalaşmış hakimiyyət, hakimiyyətin müstəqil qolları və vətəndaşların öz hüquqlarını qoruma qabiliyyəti Konstitusiya ilə birbaşa bağlıdır:

“Cəmiyyətimizdəki inkişafın təmin olunması, hüquqi və siyasi aspektlə məhz Azərbaycan Konstitusiyasının verdiyi imkanlarla mümkün olur.”

Sizin reklam burada
Sizin reklam burada