Ələkbərov “Lukoyl” məsələsində növbəti addımı atdı

Ələkbərov “Lukoyl” məsələsində növbəti addımı atdı
09:16

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani Lukoyl-un təsisçisi Vahid Ələkbərovla görüşüb və tərəflər ABŞ-ın Rusiya şirkətinə qarşı sanksiyaları fonunda neft hasilatını sabitləşdirmək yollarını müzakirə ediblər.

News365.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Məlumata görə, Ələkbərov İraqın qlobal neft bazarında sabitliyə sadiqliyini, eləcə də müəyyən olunan limitlər daxilində neft hasilatını davam etdirmək niyyətini təsdiqləyib.

Qeyd edək ki, Ələkbərov Böyük Britaniyanın sanksiya siyahısına daxil edildikdən sonra 2022-ci ildə Lukoyl-un prezidenti və direktorlar şurasının sədri vəzifəsindən istefa verib. Bu arada, Lukoyl xarici aktivlərini satmaq üçün danışıqları davam etdirir. Şirkət bildirir ki, potensial alıcılarla dialoq davam edir və nəticələr yekun razılaşmalar əldə olunduqdan sonra açıqlanacaq. ///Globalinfo


Sizin reklam burada
Sizin reklam burada