Gürcülərin oğurladığı Alban məbədi

Gürcülərin oğurladığı Alban məbədi
09:34
Problemli bir region olan Qafqazda avtoxon olan Azərbaycanlıların qurub yaratdıqları, inancları, adətləri və mədəniyyətləri Rusiyanın işğalından sonra və tarixdə heç bir mədəni-inanc sistemi olmayan və XVII əsrdən sonra regiona köçürülən və formal adlar alan gürcü və ermənilər tərəfindən özününküləşdirilməyə başladı.
Xristianlğın qat-qat sonra yaranan inanc sistemilərini pravoslav edərək 1815-ci ildən etibarən Gürcü Pravoslav Kilsəsi və Rusiya tərəfindən tarixi bir system olmasına baxmayaraq, mitropolit səviyyəsinə endirilən alban katolikosluğunun qalıqları üzərində Erməni Qriqoryan Kilsəsi yaradılır. Gürcülər və ermənilər bir birləri ilə mübarizə aparmağa başlayırlar, lakinin ikisinin də ortaq bir birliyi var idi: Azərbaycan xalqına məxsus Alban abidələrini və tarixini silmək.
VIII əsrin əvvəllərində Alban kilsəsinin zəngin kitabxanasının yandırılması, 1915-ci il 22 iyul tarixində Amasiyada qiymətli əlyazma kitablarının saxlanıldığı Əbdüllətif Əfəndi kitabxanasının yandırılması və s. bu kimi tarixi faktlar ən bariz nümunələrdəndir.
Yüzlərlə Alban abidəsi gürcü və erməniləşidirilməyə başladı, ən böyük dəstəyi isə Rusiya verirdi. Nəticədə gücləri və əlləri hara çatdısa orda albanlara məxsus mədəni və inanc abidələri ya dağıldı, ya da özünüküləşdirildi. Bu cürə əlimizdən alınmağa cəhd edilən abidələrdən biri də Qax rayonu ərazisindəki Kürmük məbədidir. Məbəd öz adını eyniadlı çaydan almışdır. "Kürmük" sözünün mənası "kür" (dəlisov) - və Hun tayfalarından birinin adı olan "mug" sözlərinin qarışığı kimi izah olunur. Kür Alban tayfalarının dilində elə çay deməkdi. Bəzi mənbələrə görə qədim Türk tanrısı “Kür”-ün adı ilə bağlı ola bilər. Şumeroloqlar isə bu adın qədim şumerlərdə "Kur" insandakı yaradıcı və dağıdıcı başlanğıcları əlaqələndirdiyini yazırlar.
Alban memarlıq üslubunun bütün ornamentlərində isə atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır.
Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi faktı elə məbədlərin divarlarında əsk edilib. Birmənalı şəkildə ermənilər və gürcülər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr özlərinin bu regionda gəlmə olduqlarını təsdiq etmiş olacaqlar.
İlk öncə qeyd edim ki, Kürmük məbədi səmavi dinlərdən öncə qədim insanların Ay və Günəş kultu ilə bağlı olan bir inancın ibadət yeri olub. Burada xüsusilə Ay kultunu inanc seçənlərin ziyarət etdiyi yerlərdən biri olub. Əvvəlcə xristian dini missonerləri, daha sonra isə alban katolikosu və yepiskopları xristialığın tez və asan yayılmasını təmin etmək məqsədilə sonralar orada xristian məbədi ucaldılıb.
Qədim alban məbədi olan Kürmük məbədinin yerində 1892-1894-cü illərdə rus-pravoslav kilsəsi inşa edilib. Kilsə, qırmızı kərpicdən tikilmiş və zəng yeri dairəvi formada inşa edilmişdir, dar pəncərələrə malikdir. Arxeoloji qazıntılar zamanı, qədim alban məbədinin və monastırının torpaq altından aşkara çıxarılmış tikinti qalıqları da müəyyən edilmişdir. Antik mənbələr, həmçinin arxeoloji-etnoqrafik araşdırmalar da bu ərazidə vaxtilə Ay məbədinin olduğunu söyləməyə əsas verir.
Rusiya sonradan Qaxda yaşıyan gürcülər üçün buranı Müqəddəs Georgi Məbədi kimi qeyd ediblər, çünki Alban kilsəsinin qalıqları gürcü və ermənilər arasında bölünmüş idi və buna görə də gürcülər bu məbədə Georgioba deyirlər. Gürcülər isə məbədin Müqəddəs Georgi ilə bağlı olduğunu iddia edirlər.
Kilsənin məhz alban məbədinin yerində inşa olunmasının səbəbi isə xalqın əsrlərdən bəri ziyarət etdiyi qədim inanc yerini pravoslavlığa meyilləndirmək idi. Lakin yerli əhali inancından gəlişinin davamını asılı olmayaraq yenə də buranı “Kürmük məbədi”, “pir”, “ocaq” adlandırmağa davam edib, burada müxtəlif qədim ayinlər icra edib. Hazırda da qədim mərasim ayini olan “Kürmükoba” bayramı burada keçirilir və yerli xalqlar bunu qoruyub saxlayırlar. Kürmükoba bayramında qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər. Bu birdaha təsdiq edir ki, Kümrük məbədi xristianlıqdan da öncə ibadətgah olub. Gürcüstan tərəfinin "Kürmükoba" bayramına xristian xarakteri vermək, onu "Müqəddəs Georgi Günü" kimi təqdim etmək cəhdləri də bəllidir ki, Azərbaycana aid olanı özlərininki elan etməkdir.
Qax rayonundakı təpənin zirvəsində yerləşən Kürmük Alban məbədi də təbiətin dağıdıcı qüvvələrindən əziyyət çəkib. Oraya çatmaq olduqca çətindir, lakin səyahət edənlər qeyri-adi bir məbəd, qədim freska və antik zənglərlə qarşılaşır.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada