Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarətə götürdü
14:10

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində Kudiyevka kəndini və Donetsk Xalq Respublikasında (DXR) Pervomaryevka yaşayış məntəqəsini nəzarətə götürüb.

News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin “Şimal” qruplaşmasının hücum bölmələri şiddətli döyüşlər nəticəsində yaşayış məntəqələrini nəzarətə götürüb. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin mövqelərinə hücum etməyə cəhd göstərib, lakin hücumun qarşısı kompleks atəş zərbələri ilə alınıb.

Qeyd edilib ki, Kudiyevkanın ələ keçirilməsi Xarkov vilayətinin şimalında Ukrayna ordusunun keçmiş iri logistika mərkəzi olan Kazaya Lopanın uğrunda gedən döyüşlərdə mühüm mərhələ kimi qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada