Ronaldu İrana getməkdən İMTİNA ETDİ

Ronaldu İrana getməkdən İMTİNA ETDİ
15 Fev 2025 15:58

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandasının futbolçusu Kriştianu Ronaldu İranın "Persepolis" komandası ilə qarşılaşmada iştirak etməyəcək.

"Azad İran" "Telegram" kanalı bu barədə "Əş-Şərq Əl-Əvsət" qəzetinə istinadla xəbər verib.

Bildirilir ki, forvard İrana getməyəcəyini açıqlayıb.

Qeyd edək ki, fevralın 17-də Tehranın "Azadi" stadionunda "Ən-Nəsr" və "Persepolis" komandaları qarşı-qarşıya gələcəklər.


Sizin reklam burada
Sizin reklam burada